Operativ Məlumat Mərkəzi

ABŞ Ukraynanın enerji sisteminin bərpası üçün maliyyə yardımını dayandırıb

2 dəq
Paylaş:
ABŞ Ukraynanın enerji sisteminin bərpası üçün maliyyə yardımını dayandırıb

ABŞ Ukraynanın enerji infrastrukturunun bərpasına dəstəyi dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Departamenti yanında ABŞ İnkişaf Agentliyindəki (USAID) bildirib.

Mənbələrin bildirdiyinə görə, Dövlət Departamenti Rusiyanın zərbələrindən sonra Ukraynanın enerji sisteminin işini bərpa etmək üçün yüz milyonlarla dollar vəsaitin ayrıldığı USAID proqramını dayandırıb.

“Bu, administrasiyanın atəşkəslə bağlı danışıqlar aparmaq qabiliyyətini əhəmiyyətli dərəcədə sarsıdır və Rusiyaya açıq siqnal göndərir ki, Ukrayna və ya əvvəlki sərmayələrimizin aqibəti bizi maraqlandırmır”, - mənbələr deyib.

Onlar qeyd ediblər ki, Rusiya Ukraynada həm hərbi, həm də iqtisadi müharibə aparır.

“USAID-in Ukraynadan çıxması Ukraynanın enerji sistemini qışın şaxtasında Rusiyanın raket hücumlarına qarşı həssas edəcək”, - mənbələr bildiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax