Əsas məzmuna keç

ABŞ səfiri Azərbaycanı təbrik etdi - FOTO

ABŞ səfiri Azərbaycanı təbrik etdi - FOTO

bu barədə M.Libbi səfirliyin "X" hesabında videomesaj paylaşıb. Səfir yeni ildə hər kəsə sülh, firavanlıq və xoşbəxtlik arzulayıb: "Birləşmiş Ştatlar...

ABŞ-nin Azərbaycandakı Mark 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycanı təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə M.Libbi səfirliyin "X" hesabında videomesaj paylaşıb.

Səfir yeni ildə hər kəsə sülh, firavanlıq və xoşbəxtlik arzulayıb:

"Birləşmiş Azərbaycanla əlaqələrin inkişafına dəyər verir, ortaq məqsədlər üçün birgə işlərin davam etdirilməsini böyük səbirsizliklə gözləyirik".

M.Libbi 2024-cü ildə arasında baş tutan danışıqlara da toxunub, sülh sazişinin imzalanacağına inamını ifadə edib:

“İnanıram ki, əlavə səy və siyasi cəsarətlə hər iki tərəf ləyaqətli və davamlı sülhü təmin edəcək sazişi imzalaya bilər. Belə bir saziş sülhü, sabitliyi, həm də bu regionda yaşayan xalqların rifahını təmin edəcək, bölgəni əsaslı şəkildə yaxşıya doğru dəyişəcək”.

Diplomat həmçinin dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və çox sayda insanın həlak olması ilə bağlı Azərbaycan xalqına başsağlığı verib:

"Nizami Gəncəvi deyirdi ki, ən çətin anlarda ümidini itirmə. Çünki ən qara buludlardan büllur yağış yağar. Azərbaycanlı ekipajın şücaəti də həqiqətən ruhlandırıcıdır. Bu mənə ümid verir. Bu həmin faciənin qara buludlarındakı böyük yağışdır".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…