Operativ Məlumat Mərkəzi

"ABŞ ilə məsləhətləşmələrin ikinci mərhələsi sabah keçiriləcək"

2 dəq
Paylaş:
"ABŞ ilə məsləhətləşmələrin ikinci mərhələsi sabah keçiriləcək"

"Rusiya - ABŞ arasında görüş iki ölkənin fəaliyyətlərini maneələri aradan qaldırmaq üçün keçiriləcək"

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib.

Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik konfransında ABŞ ilə münasibətlərə toxunub.

Rusiya və ABŞ nümayəndə heyətlərinin yenidən bir araya gəlməsi məsələsinin gündəmdə olduğunu bildirən Zaxarova qeyd edib: "ABŞ ilə məsləhətləşmələrin ikinci mərhələsi sabah keçiriləcək. Danışıqların yeri, formatı və iştirakçıları dəyişməyib. Məsləhətləşmələr İstanbulda keçiriləcək".

Rusiya nümayəndə heyətinə Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə katibinin Rusiya və Mərkəzi Avropa üzrə köməkçisinin müavini Sonata Koulter başçılıq edəcəyini qeyd edən Zaxarova görüşdə iki ölkənin nazirliklərinin nümayəndələrinin də iştirak edəcəyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax