Operativ Məlumat Mərkəzi

"ABŞ ilə aviasiya sahəsində əməkdaşlığın bərpası istisna edilmir"

2 dəq
Paylaş:
"ABŞ ilə  aviasiya sahəsində əməkdaşlığın bərpası istisna edilmir"

Federasiyasının birinci vitse-premyeri Denis , Rusiya ilə ABŞ arasında aviasiya sahəsində əməkdaşlığın olunmasının istisna edilmədiyini, lakin mümkün əməkdaşlığın hansı formatda ola biləcəyi barədə danışmağın hələ tez olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.

"Yəqin ki, aviasiya sahəsində əməkdaşlığın bərpası istisna edilmir. Amma bu hansı sahədə və hansı formatda olacaq, bunu demək hələ tezdir", - o bildirib.

Bundan əvvəl Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri və Rusiya Prezidentinin investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirmişdi ki, Rusiya ilə ABŞ arasında birbaşa aviareyslərin 2025-ci ilin sonuna qədər bərpa olunması mümkündür. ABŞ-ə uçuşlar üçün potensial mərkəzlərdən biri kimi Sankt-Peterburq nəzərdən keçirilir.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun sözlərinə görə isə iki ölkə arasında uçuşların bərpası məsələsindən yalnız "Aeroflot" sanksiyalardan çıxarıldıqdan sonra danışmaq olar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax