Operativ Məlumat Mərkəzi

ABŞ-də Azərbaycanın su təchizatı sahəsində tədbir keçiriləcək

2 dəq
Paylaş:
ABŞ-də Azərbaycanın su təchizatı sahəsində tədbir keçiriləcək

Bu gündən martın 24-nə qədər ABŞ-nin Nyu- şəhərində keçiriləcək BMT-nin Su Konfransı çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasını sürətləndirmək üçün Azərbaycanın su təchizatı sahəsində etdiyi innovasiyalara dair tədbir təşkil olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" konfransın proqramına istinadən xəbər verir ki, tədbir martın 24-də baş tutacaq.

İştirakçılar Azərbaycanda bu sahədə aparılan islahatlar, tətbiq olunan innovasiyalar, davamlı transformasiyalar vasitəsilə DİM-lərə nail olunmasını sürətləndirmək üçün maraqlı tərəflərlə qarşılıqlı əlaqələri müzakirə edəcəklər.

Tədbirdə ölkəmizdən Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, “Azərsu” və " Meliorasiya və Su Təsərrüfatı" ASC-lərin, eləcə də strukturların yüksək vəzifəli şəxslərinin iştirak edəcəyi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax