Operativ Məlumat Mərkəzi

ABŞ BMT-yə Qəzzanın bərpası üçün yeni fond yaradılmasını təklif edib

2 dəq
Paylaş:
ABŞ BMT-yə Qəzzanın bərpası üçün yeni fond yaradılmasını təklif edib

ABŞ tərəfindən BMT Şurasına təqdim edilən Qəzza zolağı ilə bağlı qətnamə layihəsində Dünya Bankının 2027-ci ilin sonuna qədər Fələstin anklavının yenidən qurulmasını maliyyələşdirmək üçün xüsusi fond yaratması təklifi yer alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bbu barədə Qətərin “Əl-Cəzirə” televiziya kanalı mənbəyə istinadən məlumat verib.

Bildirilib ki, Vaşinqton Qəzza ilə bağlı qətnamə layihəsini artıq rəsmi şəkildə BMT Təhlükəsizlik Şurasına təqdim edib.

Sənəddə həmçinin idarəetmə və təhlükəsizliyin təmin olunması üçün 2027-ci ilin sonuna qədər – uzadılma imkanı ilə – qüvvələrə geniş səlahiyyətlərin verilməsi olunur. Bu qüvvələr sərhədləri qoruyacaq, humanitar dəhlizlərin təhlükəsizliyini təmin edəcək, yeni Fələstin qüvvələrini hazırlayacaq və anklavın silahsızlaşdırılmasına cavabdeh olacaqlar.

Məlumata görə, ABŞ administrasiyası qətnamə üzrə səsvermənin yaxın zamanda keçirilməsini və beynəlxalq qüvvələrin Qəzzaya yanvar ayından etibarən yerləşdirilməsini istəyir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax