Operativ Məlumat Mərkəzi

ABŞ administrasiyası Maduronun ikinci təyyarəsini həbs etməyi planlaşdırır

2 dəq
Paylaş:
ABŞ administrasiyası Maduronun ikinci təyyarəsini həbs etməyi planlaşdırır

ABŞ Prezidenti Trampın administrasiyası lideri Nikolas Maduronun ikinci təyyarəsini həbs etməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Agentliyin əldə etdiyi sənəddə göstərildiyi kimi, söhbət "Dassault Falcon 200" təyyarəsindən gedir. Bu hava gəmisi Venesuela prezidenti və ölkənin digər yüksək vəzifəli şəxsləri tərəfindən Yunanıstan, Kuba, Rusiya və də daxil olmaqla xarici ölkələrə uçuşlar üçün istifadə edilir ki, bu da Amerika administrasiyasının fikrincə, ABŞ sanksiyalarının pozulmasıdır.

"AP"nin məlumatına görə, ABŞ Marko Rubio hazırda Maduronun hava gəmisinin olduğu Dominikan Respublikasının paytaxtı Santo-Dominqoya səfəri zamanı təyyarənin həbsi barədə elan etmək niyyətindədir.

Müsadirənin həyata keçirilməsi üçün Dövlət Departamentinin rəhbəri təyyarənin saxlanması və üçün 230 min dollar ayırmaq məqsədilə xarici yardımın dondurulması haqqında fərmandan istisna tələbi imzalamalı olub.

Agentlik qeyd edir ki, təyyarənin həbsi barədə qərarın təsdiqlənməsi həmçinin ABŞ Ədliyyə Nazirliyinin təsdiqini tələb edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax