Operativ Məlumat Mərkəzi

3 taksi sürücüsünün yerinə imtahana girmək istədilər

2 dəq
Paylaş:
3 taksi sürücüsünün yerinə imtahana girmək istədilər

Oktyabrın 27-də və noyabrın 3-də taksi minik avtomobili sürücüləri üçün keçirilən imtahanlarda 3 nəfərin başqasının yerinə imtahanda iştirak etmək cəhdi olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, bu qayda pozuntusu hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Həmin şəxslər barəsində təqdim olunmuş məlumatlar əsasında hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

tərəfindən əvvəlki illərdə keçirilmiş digər növdən olan imtahanlarda - xüsusilə müəssisələrinə qəbul imtahanlarında bəzi abituriyentlərin əvəzinə başqa şəxslərin binasına daxil olmağa cəhd halları müəyyən edilib. Həmin faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə başlanılıb və həmin şəxslər məsuliyyətə cəlb edilib.

Mərkəz bir daha vətəndaşların nəzərinə çatdırır ki, belə məsələlərdə diqqətli olmalı, heç bir halda qanunun pozuntusuna şərait yaradılmamalı və müəyyən insanların şirnikləndirici təkliflərinə məhəl qoyulmamalıdır. Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslər barəsində müvafiq qurumlar tərəfindən ən ciddi tədbirlərin görülməsi təmin ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax