Operativ Məlumat Mərkəzi

2026-cı ildə orta aylıq pensiya 590 manatı keçəcək – Komitə sədri

2 dəq
Paylaş:
2026-cı ildə orta aylıq pensiya 590 manatı keçəcək – Komitə sədri

"2019-cu ildən başlayaraq əmək pensiyalarının məbləği ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunu üstələyib, bu meyil gələn ildə də davam edəcək. Dövlət Fondunun xərclərindən danışarkən qeyd etmək lazımdır ki, fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6%-ni və ya 8,2 milyard manatını əhaliyə ödənişlər edəcək".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, əmək pensiyalarının orta məbləğinin 2025-ci ildə 540,3 manat təşkil edəcəyi gözlənilir, 2026-cı ildə isə 590,17 manat olacağı proqnozlaşdırılır:

"Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 576,02 manatdan 53,03 manat artaraq 629,05 manata yüksəlməsi proqnozlaşdırılır. Əvvəlki illərdə olduğu kimi cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti müvafiq olaraq 49,05% və 50,41% olmaqla Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında müvafiq konvensiyasına cavab verəcək".

Afət Ziyadqızı

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax