Tərcümeyi-hal
Nihat Şenyuva 1977-ci ildə anadan olub.
2002–2011-ci illərdə Yapı Kredi Bankda, 2011–2016-cı illərdə Yapı Kredi Azərbaycanda çalışıb; burada İnformasiya texnologiyaları departamentinə rəhbərlik edib, sonra İT üzrə baş direktor olub. 2016-cı ildən ABB-yə təyinatınadək Yapı Kredi Bankın törəmə qurumlarında — Yapı Kredi Bank Azərbaycan, Yapı Kredi Bank Niderland, Yapı Kredi Bank Malta, Yapı Kredi Factoring, Yapı Kredi Leasing və Yapı Kredi Asset Management-də İT və rəqəmsal transformasiya üzrə məsul rəhbər olub.
2020-ci ildən ABB-nin baş informasiya inzibatçısıdır.
Təhsil
- 2000 — Ege Universiteti (Türkiyə), kompüter mühəndisliyi
- 2009 — Yeditepe Universiteti, MBA