Əsas məzmuna keç

Qanun

“Veteranlar haqqında” Qanun: tam mətn və dəyişikliklər

“Veteranlar haqqında” Qanun: son dəyişiklik 3 mart 2026 tarixində qəbul edilib (№ 376-VIIQD). e-qanun.az-da cəmi 21 dəyişiklik qeydə alınıb.

Qüvvədədir Qəbul: 28 iyun 1994

Bütün dəyişikliklər (21) Tam mətnə keç Mətni e-qanun.az-da aç Bütün dəyişikliklər daxil edilmiş mətn aşağıdadır; rəsmi mənbə e-qanun.az.

Son dəyişiklik

  1. № 376-VIIQD · Qüvvəyə minmə: 15 aprel 2026

İllər üzrə

ən çox: 2004 — 3

Dəyişikliklərin tarixçəsi

Cəmi 21 dəyişiklik
2026 1 dəyişiklik
Qəbul: 3 mart Qüvvəyə minmə: 15 aprel 2026 № 376-VIIQD Maddə 23 Həmçinin dəyişir: Əmək Məcəlləsi Cəzaların İcrası Məcəlləsi +6 akt
2024 1 dəyişiklik
2021 1 dəyişiklik
Qəbul: 23 aprel Qüvvəyə minmə: 18 iyun 2021 № 296-VIQD Maddə 3 yalnız bu qanun
2020 1 dəyişiklik
Qəbul: 19 may Qüvvəyə minmə: 12 iyul 2020 № 108-VIQD Maddə 3 Həmçinin dəyişir: “Sosial sığorta haqqında” Qanun “Məhkəmələr və hakimlər haqqında” Qanun +4 akt
Əvvəlki illər: 1995–2017 17 dəyişiklik
2017 2 dəyişiklik
Qəbul: 31 may Qüvvəyə minmə: 24 iyun 2017 № 703-VQD Maddə 6 Maddə 7 Maddə 18 Maddə 21 yalnız bu qanun
Qəbul: 7 aprel Qüvvəyə minmə: 20 may 2017 № 558-VQD yalnız bu qanun
2013 1 dəyişiklik
Qəbul: 22 fevral Qüvvəyə minmə: 19 mart 2013 № 571-IVQD Maddə 20 yalnız bu qanun
2007 2 dəyişiklik
Qəbul: 19 oktyabr Qüvvəyə minmə: 30 noyabr 2007 № 462-IIIQD Həmçinin dəyişir: “Məhkəmələr və hakimlər haqqında” Qanun “Milli Məclisi deputatının statusu haqqında” Qanun +8 akt
Qəbul: 6 mart Qüvvəyə minmə: 31 may 2007 № 260-IIIQD Həmçinin dəyişir: Mənzil Məcəlləsi Əmək Məcəlləsi +4 akt
2006 1 dəyişiklik
Qəbul: 7 aprel Qüvvəyə minmə: 30 aprel 2006 № 90-IIIQD Maddə 3 Maddə 7 Maddə 42 yalnız bu qanun
2005 1 dəyişiklik
Qəbul: 10 iyun Qüvvəyə minmə: 27 avqust 2005 № 925-IIQD Həmçinin dəyişir: Mülki Məcəllə “Dövlət rüsumu haqqında” Qanun +1 akt
2004 3 dəyişiklik
Qəbul: 30 aprel Qüvvəyə minmə: — № 643-IIQD Həmçinin dəyişir: Gömrük Məcəlləsi Əmək Məcəlləsi +8 akt
Qəbul: 9 mart Qüvvəyə minmə: — № 603-IIQD Maddə 2 Maddə 3 Maddə 4 Maddə 5 +23 27 maddə · 27 bənd yalnız bu qanun
Qəbul: 5 mart Qüvvəyə minmə: — № 597-IIQD Həmçinin dəyişir: “Məhkəmələr və hakimlər haqqında” Qanun “Dövlət qulluğu haqqında” Qanun +1 akt
2001 1 dəyişiklik
Qəbul: 15 noyabr Qüvvəyə minmə: 1 yanvar 2002 № 214-IIQD Həmçinin dəyişir: Əmək Məcəlləsi İnzibati Xətalar Məcəlləsi +13 akt
1999 2 dəyişiklik
Qəbul: 4 iyun Qüvvəyə minmə: — № 676-IQD Maddə 12 Maddə 19 Maddə 36 Maddə 43 +1 5 maddə · 5 bənd yalnız bu qanun
Qəbul: 30 mart Qüvvəyə minmə: — № 644-IQD Maddə 4 Maddə 7 Maddə 16 Maddə 17 +4 8 maddə · 8 bənd yalnız bu qanun
1997 2 dəyişiklik
Qəbul: 4 noyabr Qüvvəyə minmə: — № 395-IQD yalnız bu qanun
Qəbul: 10 oktyabr Qüvvəyə minmə: — № 380-IQD Həmçinin dəyişir: “Hərbi qulluqçuların statusu haqqında” Qanun
1995 2 dəyişiklik
Qəbul: 20 iyun Qüvvəyə minmə: — № 1067 Maddə 3 Maddə 12 Maddə 12-1 Maddə 18-1 yalnız bu qanun
Qəbul: 2 may Qüvvəyə minmə: — № 1029 Maddə 3 Maddə 4 Maddə 5 Maddə 7 +3 7 maddə · 7 bənd yalnız bu qanun

Tam mətn (son redaksiya)

26 maddə

Mənbə: e-qanun.az. Mətn orada 14 iyul 2026 tarixində yenilənib, burada 22 noyabr 2026 tarixində yoxlanılıb. Mətn məlumat üçündür, rəsmi mətn e-qanun.az-dadır. Rəsmi mətn ↗

Bu Qanun 1992-ci il dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 46-cı sessiyasının qəbul etdiyi prinsiplərə uyğun olaraq müharibə, əmək, silahlı qüvvələr, daxili işlər, sərhəd xidməti və, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları veteranlarının statusunu, veteranlar barəsində Azərbaycan Respublikası dövlət siyasətinin əsaslarını təsbit edir. Qanun veteranlara verilən güzəştlərin şamil edildiyi şəxslərin dairəsini, habelə veteran təşkilatlarının fəaliyyət sahəsini tənzimləyir, veteranların öz fiziki imkanlarından asılı olaraq cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməsi üçün təminatları müəyyənləşdirir.

Maddə 1. Veteranlar barəsində dövlət siyasəti

Veteranlar barəsində dövlət siyasəti aşağıdakı əsaslar üzərində qurulur:

sosial və hüquqi müdafiənin təmin edilməsi;

əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacağa təminat verilməsi;

fiziki və ruhi sağlamlıq, fəal uzunömürlülük üçün şərait yaradılması;

yaşayış sahəsi ilə təminat;

hər bir veterana zəruri tələbatını təmin edən səviyyədə müxtəlif növ sosial xidmətlər göstərilməsi;

əmək hüququnun heç bir məhdudiyyət qoyulmadan, sağlamlıq vəziyyətinin imkan verdiyi səviyyədə həyata keçirilməsi, ictimai faydalı fəaliyyətdə iştirak etmək üçün lazımi şərait yaradılması;

veteran təşkilatlarının fəaliyyətinə kömək göstərilməsi, veteranların bütün cəmiyyətə və xüsusən onlara aid siyasətin və proqramların hazırlanması və həyata keçirilməsi işinə bilavasitə cəlb edilməsi,

Maddə 2. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir.

Maddə 3. Müharibə veteranları

Aşağıdakılar müharibə veteranları sayılırlar:

İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər;

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;

1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər;

Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;

İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri;

1941 — 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular;

İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

Maddə 4. Silahlı Qüvvələrin veteranları

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında «(SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) təqvimlə 25 il və daha çox hərbi xidmət keçmiş (hərbi qulluqçunun şərəfmi ləkələyən xətalar törədilməsinə və ya törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiyinə görə ordu sıralarından və ya müvafiq orqanlardan xaric olunanlar istisna olmaqla) Azərbaycan Respublikası vətəndaşları Silahlı Qüvvələrin veteranları sayılırlar.

Maddə 5. Əmək veteranları

Dövlət qarşısında xüsusi xidmətləri olan və ya fəxri adlara layiq görülmüş, yaxud ordenlərlə təltif edilmiş uzun illər ictimai əməklə məşğul olmuş və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya almaq hüququnu qazanmış şəxslər əmək veteranı sayılırlar.

(Çıxarılıb)

Maddə 6. Veteranların pensiya təminatı

Veteranlara pensiyalar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu əsasında təyin edilir.

Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi

Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.

Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.

Maddə 8. Veteran təşkilatlarının yaradılması

Veteran təşkilatları müvafiq qanunvericilik aktlarına əsasən yaradılır, dövlət qeydiyyatından keçirilir və fəaliyyət göstərirlər.

Veteran təşkilatı qeydiyyata alındığı andan hüquqi şəxs hesab edilir.

Dövlət orqanları veteran təşkilatlarına öz hüquq və vəzifələrini həyata keçirməkdə hərtərəfli kömək göstərirlər.

Maddə 9. Əmək fəaliyyətinin davam etdirilməsi

Veteranlar pensiyasını almaqla əvvəllər işlədikləri müəssisədə, təşkilatda, idarədə, yaxud mülkiyyət formasından asılı olmayaraq başqa müəssisədə əmək fəaliyyətini davam etdirmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hər hansı təsərrüfatçılıq formasına əsaslanan müəssisə yaratmaq hüququna malikdirlər.

Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, veteranların əmək, sahibkarlıq və başqa ictimai faydalı fəaliyyətinin məhdudlaşdırılmasına yol verilmir.

Bu Qanunla müəyyən edilmiş güzəştlərlə yanaşı, veteranlar pensiyaya çıxdıqdan sonra əmək kollektivinin qərarı ilə mövcud qanunvericiliyə əsasən həmin müəssisədə, təşkilatda, idarədə mənzil şəraitinin yaxşılaşdırılması, tibbi yardım göstərilməsi, sanatoriya-kurort xidməti və mədəni xidmət sahəsində müəyyənləşdirilmiş güzəştlərdən istifadə edə bilərlər.

Maddə 10. Veteran təşkilatlarının istehsal fəaliyyətinə təminat verilməsi

Dövlət orqanları öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada veteran təşkilatlarına maliyyə yardımı göstərə bilər, onlara müvafiq büdcələrdən vəsait ayıra bilər, nizamnamə vəzifələrini həyata keçirmək üçün binaları, avadanlığı və başqa əmlakı güzəştli şərtlərlə onların istifadəsinə və ya mülkiyyətinə verə bilərlər.

Veteran təşkilatları müəssisələrinin xammal, texnika və tikinti materialları ilə təmin edilməsinə üstünlük verilir.

(Çıxarılıb)

Maddə 11. Mənzil-məişət şəraitinin yaxşılaşdırılması

Veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər.

Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir.

Maddə 12. Mənzil, kommunal və rabitə xidmətləri haqqının ödənilməsi

İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir.

Maddə 12-1. (Çıxarılıb)

Maddə 13. (Çıxarılıb)

Maddə 14. Tibbi xidmət

İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibb müəssisələrinin göndərişi əsasında sanatoriya-kurort müalicəsi alırlar.

Maddə 15. Dərman və müalicə vasitələri ilə təminat

İkinci Dünya müharibəsi iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dərman və müalicə vasitələri almaq üçün müavinət verilir.

Maddə 16. Geriatriya yardımı

Müvafiq icra hakimiyyəti orqanları daimi qulluğa ehtiyacı olan xroniki xəstələr üçün geriatriya kabinetləri, pansionatları, xəstəxanaları vasitəsilə geriatriya yardımı şəbəkəsini təşkil edir və maliyyələşdirirlər.

Maddə 17. Protezləşdirmə

İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada protez-ortopediya məmulatları ilə (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) təmin edilir və diş protezləri düzəltdirirlər.

Maddə 18. İctimai nəqliyyatdan istifadə sahəsində veteranlara güzəştlər

İkinci Dünya müharibəsi iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə ölkədaxili nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müavinət verilir.

Maddə 18-1. (Çıxarılıb)

Maddə 19. Müvafiq icra hakimiyyəti orqanlarının və müəssisələrin veteranlara əlavə güzəşt vermək hüququ

Müvafiq icra hakimiyyəti orqanları, müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən müəssisələr öz vəsaitləri hesabına veteranların maddi təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirə bilərlər, müalicə olunmaqda, veteranların həyat və fəaliyyətini asanlaşdıran texniki vasitələr almaqda, mənzilləri təmir etdirməkdə, başqa ehtiyacları ödəməkdə veteranlara yardım göstərə bilərlər. Bundan ötrü müvafiq fondlar yaradıla bilər.

Maddə 20. Sosial xidmət

20.1. Müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlar veteranların həyat və məişəti üçün lazımi şərait yaratmaq məqsədi ilə sosial xidmət müəssisələri, habelə veteranlara sosial xidmətin göstərilməsini təşkil edirlər.

20.2. Veteranlara “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilir.

Maddə 21. Veteranların sosial müdafiəsi tədbirlərinin planlaşdırılması və maliyyələşdirilməsi

Veteranların sosial müdafiəsi tədbirlərini müvafiq icra hakimiyyəti planlaşdırır və veteranların sosial müdafiəsi proqramları respublika dövlət büdcəsinin, müvafiq icra hakimiyyəti orqanının vəsaiti hesabına maliyyələşdirilir.

Bu Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında nəzərdə tutulan şəxslər təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.8-1-ci və 14.8-2-ci maddələri ilə tənzimlənir.

Veteranların respublika təşkilatlarına dövlət büdcəsindən vəsait ayrılır.

Maddə 22. Veteran təşkilatlarının beynəlxalq əlaqələri

Veteranların ictimai təşkilatları öz nizamnamələrinə uyğun olaraq qeyri-hökumət xarakterli beynəlxalq birliklərə daxil ola bilər, onlarla bilavasitə əlaqə saxlaya və müqavilələr bağlaya bilərlər.

Dövlət orqanları veteran təşkilatlarına xarici ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlıq etməkdə hərtərəfli yardım göstərə bilərlər.

Maddə 23. Mərasim xidməti Dəyişib: 3 mart 2026

Vəfat etmiş veteranlara mərasim xidməti qüvvədə olan qanunvericiliyə müvafiq surətdə göstərilir. Veteranın əvvəl işlədiyi əmək kollektivləri, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vəfat etmiş veteranın dəfnində qohumlarına zəruri yardım göstərməlidirlər. Vəfat etmiş tənha veteranları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət büdcəsinin vəsaiti hesabına dəfn edirlər.

Maddə 24. (Çıxarılıb)

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 28 iyun 1994-cü il.

№ 841.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 2 may 1995-ci il tarixli 1029 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 9, maddə 177)

2. 20 iyun 1995-ci il tarixli 1067 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 14, maddə 241)

3. 10 oktyabr 1997-ci il tarixli 380-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 16)

4. 4 noyabr 1997-ci il tarixli 395-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 2, maddə 66)

5. 30 mart 1999-cu il tarixli 644-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 283)

6. 4 iyun 1999-cu il tarixli 676-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 395)

7. 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731)

8. 5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 199)

9. 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202)

10. 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505)

11. 10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684)

12. 7 aprel 2006-cı il tarixli 90-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-ci il, № 4, maddə 315)

13. 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401)

14. 19 oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1078)

15. 22 fevral 2013-cü il tarixli 571-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2013-cü il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 221)

16. 7 aprel 2017-ci il tarixli 558-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 may 2017-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 689)

17. 31 may 2017-ci il tarixli 703-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 iyun 2017-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1057)

18. 19 may 2020-ci il tarixli 108-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 826)

19. 23 aprel 2021-ci il tarixli 296-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 537)

20. 7 may 2024-cü il tarixli 1146-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 may 2024-cü il, “Azərbaycan” qəzeti, 31 may 2024-cü il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 501)

21. 3 mart 2026-cı il tarixli 376-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2026-cı il, “Azərbaycan” qəzeti, 16 aprel 2026-cı il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 4, maddə 295)

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bütün son dəyişikliklər →

Mənbə: Ədliyyə Nazirliyinin Hüquqi Aktların Vahid Elektron Bazası. Siyahını Operativ Məlumat Mərkəzi redaksiyası hazırlayır. e-qanun.az ↗