Prezident Zurabişvili "Rusiya hökuməti" tərəfindən idarə olunduğunu deyib və hakim "Gürcü Arzusu" partiyasını oktyabrın 26-na təyin edilmiş parlament seçkilərini saxtalaşdırmaqda ittiham edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərini "Financial Times" sitat gətirib.
Zurabişvili hesab edir ki, 2012-ci ildən hakimiyyətdə olan “Gürcü arzusu” partiyası “Rusiyadakı kimi” təbliğat, qütbləşmə və hədə-qorxu taktikası əsasında kampaniya aparır.
O, həmçinin hakim partiyanı hökumət rəsmilərinə ona səs vermələri üçün təzyiq etməkdə, müxalifət fəallarına hücum etməkdə, jurnalistləri hədələməkdə və xaricdəki vətəndaşların səs verməsini çətinləşdirməkdə ittiham edib.
"Bu, sıradan seçki deyil, bu, Avropanın gələcəyi ilə Rusiyanın keçmişi arasında seçimdir", - dövlət başçısı bildirib.