Operativ Məlumat Mərkəzi

“Zirə” “Turan Tovuz”u məğlub edib

1 dəq
Paylaş:
“Zirə” “Turan Tovuz”u məğlub edib
turun açılış oyununda lider “Zirə” meydana çıxıb. Qəsəbə təmsilçisi doğma arenada “Turan Tovuz”u qəbul edib. Hesabı meydan sahibləri açıblar. 33-cü...

Azərbaycan Premyer Liqasında IX tura start verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, turun açılış oyununda lider “Zirə” meydana çıxıb.

Qəsəbə təmsilçisi doğma arenada “Turan Tovuz”u qəbul edib. Hesabı meydan sahibləri açıblar. 33-cü dəqiqədə Salifu Suma fərqlənib.

Qonaqlar 74-cü dəqiqədə Denis Marandiçinin qolu sayəsində “status-kvo”nu bərpa ediblər. Lakin tovuzluların sevinci cəmi 3 dəqiqə çəkib. 77-ci dəqiqədə Qismət Alıyev “Zirə”yə 2:1 hesablı qələbə qazandıran qola imza atıb.

Bakılılar bu qalibiyyət sayəsində xallarının sayını 19-a çatdırıblar. Bölgə təmsilçisinin isə hesabında 11 xal var.

Qeyd edək ki, turun “Qəbələ” – “Səbail”, “Sabah” – “Araz-Naxçıvan” görüşləri oktyabrın 7-də, “Sumqayıt” – “Kəpəz” və “Neftçi” – “Qarabağ” qarşılaşmaları isə 8-də keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər