Operativ Məlumat Mərkəzi

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

1 dəq
Paylaş:
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. “Hazırda müşahidə edilən küləkli və yağışlı hava şəraiti ilə...

Yağışlı hava şəraitinə görə Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

“Hazırda müşahidə edilən küləkli və yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bununla yanaşı, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən bütün məlumat sürət tablolarında “güclü külək” və "sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən hava şəraitini nəzərə almaları və müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, – məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər