Operativ Məlumat Mərkəzi

Ərdoğan ABŞ səfirini sərt tənqid edib

1 dəq
Paylaş:
Ərdoğan ABŞ səfirini sərt tənqid edib
bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Bildirilib ki, Ərdoğan ABŞ-nin Ankaradakı səfiri Ceff Fleykin Cumhuriyet Halk Partisi (CHP) sədri...

“Siz səfirsiniz. Müraciət edəcəyiniz şəxs prezident olmalıdır”.

"Operativ Məlumat Mərkəzi-OMM" “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Bildirilib ki, Ərdoğan ABŞ-nin Ankaradakı səfiri Ceff Fleykin Cumhuriyet Halk Partisi (CHP) sədri Kemal Kılıçdaroğlu ilə görüşməsinə sərt reaksiya verib: “Bu seçkilərdə Amerikaya dərs verməliyik. Co Bayden orada danışır. Onun səfiri burada nə iş görür? Kamalı ziyarət edir. Ayıbdır. Bir az başınızı işlədin. Siz səfirsiniz. Müraciət edəcəyiniz şəxs prezident olmalıdır”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər