Əsas məzmuna keç

Zərərçəkmişlər özünü "12-ci imam Mehdi" kimi təqdim edən şəxsin məhkəməsinə məcburi gətiriləcək

Zərərçəkmişlər özünü "12-ci imam Mehdi" kimi təqdim edən şəxsin məhkəməsinə məcburi gətiriləcək

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

"Özünü "12-ci Mehdi" kimi təqdim edən şəxsə 2001-ci ildən 2021-ci ilədək ümumilikdə 5 min 190 manat zəkat vermişəm".

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu Ağır Cinayətlər Məhkəməsində 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Babayevin üzrə qapalı keçirilən məhkəmə iclasında qismində dindirilən Fazil İmanquliyev deyib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxsi 2001-ci ildən tanıyır:

"Hərbi xidmətdən yeni gəlmişdim. Aqillə məhlədə görüşəndə həmişə dini mövzularda danışırdıq və sual verib cavablar alırdım. Hər gün 12-ci imam və onun tərəfdarları haqqında oxuyurdum. Aqil Babayev bəzi hədislərdən danışaraq mənə işarə verdi ki, 12-ci imam məhz özüdür. Mən onun imamlığını qəbul edib biyət etdim. Biz Aqil Babayevlə demək olar ki, hər gün görüşürdük. O dedi ki, malınızın 2,5 faizini zəkat verməlisən. Zəkatı təxminən 5-6 ay şəxsən özünə təqdim etmişəm, daha sonra onun təyin etdiyi Polad Mustafayevə verdim. Mən şirkətlərin birində işləyirdim, ayda 1620 dollar maaş alırdım. Aqilin yalanını 2021-ci ildə mömin qardaşlardan biri vasitəsilə bilmişəm. Qeyd etdilər ki, Aqil zəkat pullarını mənimsəyib və din pərdəsi altında saxtakarlıq edərək hamımıza yalandan imam olduğunu söyləyib".

A.Babayev zərərçəkmişin dedikləri ilə razı olmadığını deyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, zərərçəkmiş F.İmanquliyev onunla qonşuluqda yaşayıb: "Onu tanıyıram, oxuduğum məktəbin arxasındakı binada yaşayırdı. Həmin məktəbin həyətində futbol oynayırdıq. Mən heç vaxt onunla 12-ci imamla bağlı söhbətlər etməmişəm. Zəkat da almamışam. Düzdür, ünsiyyət olub, ancaq dini mövzulardan danışmamışıq. Mən onun evində olmamışam”.

Daha sonra hakim Eldar İsmayılov iş üzrə dindirilməyən zərərçəkmişlər - Mehman Baxşızadə, Əli Quliyev, Heydər Cəfərov və Əli Əliyevin məhkəməyə gəlmədiklərini bildirib: “Onlar dəfələrlə məhkəməyə dəvət olunublar, lakin gəlmirlər”.

Həmin şəxslərin məhkəməyə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilib.

Növbəti proses aprelin 10-dək təxirə salınıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…