Operativ Məlumat Mərkəzi

“Zəngilan” və “Şayıflı” kiçik su elektrik stansiyaları istismara verilib

1 dəq
Paylaş:
“Zəngilan” və “Şayıflı” kiçik su elektrik stansiyaları istismara verilib
2024-cü il mayın 18-də Zəngilan rayonunda Oxçuçay üzərində inşa edilmiş “Zəngilan” və “Şayıflı” kiçik su elektrik stansiyaları istismara verilib. Bu...

2024-cü il mayın 18-də Zəngilan rayonunda Oxçuçay üzərində inşa edilmiş “Zəngilan” və “Şayıflı” kiçik su elektrik stansiyaları istismara verilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Energetika Nazirliyifən məlumat verilib.

“Zəngilan” KSES ümumi gücü 10,5 MVt olmaqla, hər biri 5,25 MVt gücündə olan 2 ədəd hidroaqreqatdan, “Şayıflı” KSES ümumi gücü 10,5 MVt olmaqla hər biri 5,25 MVt gücündə olan 2 ədəd hidroaqreqatdan ibarətdir.

Fəaliyyətə başladığı dövrdən bu ilin may ayınadək “Zəngilan” KSES-də 25,1 mln. kVt·st, “Şayıflı” KSES-də isə 29,8 mln. kVt·st #elektrikenerjisi istehsal edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər