Zəngəzur dəhlizində özəl şirkət fəaliyyət göstərə bilər?

Zəngəzur dəhlizində özəl şirkət fəaliyyət göstərə bilər?
10.09.2024 14:58
Aa
dəq

Ötən günlərdə Ermənistan respublikasının xarici işlər nazirinin müavini Mnatsakan Safaryan Naxçıvana gedən avtomobil yolundan danışıb. O qeyd edib ki, Azərbaycanla gələcək nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təmin edilməsi funksiyalarının özəl şirkətlərə verilməsi imkanı nəzərdən keçirilir. Vergi və gömrük funksiyalarını Ermənistanın müvafiq xidmətləri həyata keçirəcək.

Azərbaycan Naxçıvana gedən yola nəzarətin özəl şirkətə verilməsi ilə razılaşa bilərmi? Özəl şirkət dedikdə nə nəzərdə tutulur? Özəl şirkət Ermənistanı, Azərbaycanı, Rusiyanı və ya ayrı bir tərəfi təmsil edəcəkmi? Və ya bu təmsilçilik hansı güc mərkəzi tərəfindən icra olunacaq?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən millət vəkili Bəhruz Məhərrəmov bildirir ki, 10 noyabr 2020-ci il kapitulyasiya aktının 9-cu maddəsinə əsasən Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməyi öhdəsinə götürüb.

“Həmçinin Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin birgə imzaladığı bu bəyanatda Ermənistan öz üzərinə götürüb ki, qeyd olunan nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirəcək. Bu gün Ermənistanın həmin sənədlə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi ilk növbədə beynəlxalq hüququn ümumtanınmış prinsiplərindən olan "pacta sunt servanda", yəni öhdəliklərə vicdanla əməl edilməsi prinsipinə ziddir və beynəlxalq hüququn aliliyinə dırnaqarası yanaşmadır. Ermənistan Respublikası anlamalıdır ki, Azərbaycanın qərb rayonları Naxçıvan Muxtar Respublikasını birləşdirəcək xətt, yəni Zəngəzur dəhlizi xüsusi yanaşma tələb edir”. 

Bəhruz Məhərrəmov: Sabitlik adası olmaq, təbii ki, Azərbaycanın  qalibiyyətinin nəticəsidir - AZƏRTAC

Millət vəkili deyir ki, Ermənistan Respublikası onu anlamalıdır ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqə, Azərbaycan vətəndaşlarının Azərbaycanın bir bölgəsindən digərinə keçidi bu ölkənin iradəsindən asılı ola bilməz və Azərbaycan vətəndaşları Naxçıvana gedərkən, yaxud Naxçıvandan Azərbaycanın qərb rayonlarına hərəkət edən soydaşlarımız buna görə Ermənistana hər hansı formada rüsum ödəməli deyil. Digər tərəfdən, Ermənistanın dövlət siyasətinin təməlində terrorçuluğun dayandığını bilərəkdən daha radikal davranan cəmiyyətə, o cümlədən özəl şirkətlərə Zəngəzur dəhlizi üzrə hərəkət edəcək azərbaycanlıların təhlükəsizliyini əmanət etmək mümkün deyil. Ələxsus nə qədər ki, erməni cəmiyyətində antitürk, anti-Azərbaycan əhval-ruhiyyə hökm sürür, nə qədər ki, Ermənistanın siyasilərindən sıravi vətəndaşlarına qədər hələ də revanşist iddialarla yaşayan insanlar mövcuddur, İrəvanın Zəngəzur dəhlizi ilə bağlı təklif etdiyi, yaxud dilə gətirdiyi konfiqurasiya özünü doğrulda bilməz.

“İranın məsələdə tutduğu mövqeyə gəlincə, Azərbaycan və Ermənistan arasında razılaşma əldə olunarsa, bu, iki dövlətin suveren iradəsinin ifadəsi olacaq və Tehran da daxil heç bir üçüncü ölkə bu münasibətlərə müdaxilə edə bilməz. İran və Ermənistan arasında Zəngəzur dəhlizi ilə bağlı cari fikir uzlaşmasına gəlincə, görünən odur ki, Ermənistan hələ də Zəngəzur dəhlizinin realizəsi ilə bəyanatlarında səmimi deyil və özünün iqtisadi potensialının, suveren imkanlarının genişlənməsi fürsətini revanşist ideyalara və Qərbin imperialist dairələrinin heç bir siyasi, hüquqi və faktiki əsasa söykənməyən təşviqinə qurban verir” – deyə, B.Məhərrəmov sonda bildirdi.

Digər müsahibimiz hərbi-siyasi ekspert Azad İsazadə isə deyir ki, burada söhbət təkcə Azərbaycan-Naxçıvan yolundan getməməlidir. Çünki Azərbaycan həmişə məsələni daha geniş qoyur. Burada əsas məsələlərdən biri təkcə avtomobil yolunun yox, eyni zamanda dəmiryolu və Qazax-İncivan kommunikasiyasının da açılmasıdır. Ermənistanın irəli sürdüyü təklifi isə qeyri-realdır. Azərbaycan bu təklifdən imtina edəcək. Ümumiyyətlə Azərbaycan yolların açılması təklifindən imtina etməyəcək, sadəcə Azərbaycan Ermənistanın irəli sürdüyü məntiqsiz bir təklifə “yox” deyəcək.

AbzasMedia - Azad İsazadə: 'Ordunun qələbəsi cəmiyyətdə müsbət emosiya  yaradır'

“Bəs Ermənistanın dediyi “özəl şirkət” anlayışı nədir? Bu özəl şirkəti hansı dövlət təşkil edəcək? Harada qeydiyyata düşəcək? Bu şirkəti kim maliyyələşdirəcək? Burada söhbət yola nəzarət edəcək hansısa kampaniyadan getmir, söhbət sərhəd nəzarətindən və gömrük nəzarətindən gedir. Azərbaycan məsələni birbaşa qoyur ki, Azərbaycandan Naxçıvana gedən mallara heç bir nəzarət olmamalıdır, Naxçıvandan tranzitlə digər ölkələrə gedən mallara isə Ermənistan istənilən formada nəzarət edə bilər. Ona görə də, kommunikasiyanın açılması məsələsinin müzakirəsi üçüncü dövlətlərin iştirakı olmadan aparılmalıdır”.

Müsahibimiz bildirir ki, Ermənistan ümumiyyətlə hansısa kommunikasiyaları açmaq fikrində deyil. Səbəb isə odur ki, Qərb, ABŞ, Azərbaycan və Rusiya fərqli mövqelərdən çıxış edir. Ermənistan da kənara çəkilib gözləyir ki, bu dövlətlər nə vaxt razılığa gəlsə, o zaman nəsə edəcək. Yaxın vaxtlarda bu məsələ ilə bağlı razılığa gəlinməsi qeyri-mümkündür. Ermənistan özəl şirkət, sərhəddə görüşmə və ya digər təklifləri irəli sürüb nümayiş etdirəcək ki, guya o, nə isə etmək istəyir. Bu təkliflərin arxasında heç bir real siyasi, iqtisadi reallıq yoxdur.

Mədinə Useynova

Həftənin ən çox oxunanları

27 sentyabr şanlı vətən tarixinin başlanğıcıdır - RƏY

27 sentyabr şanlı vətən tarixinin başlanğıcıdır - RƏY
DAVAMIN OXU davamın oxu

44 günə yumruq kimi birləşib düşmənin başını əzdik - AÇIQLAMA

44 günə yumruq kimi birləşib düşmənin başını əzdik - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Bu zəfər regionda bütün reallığı bizim xeyrimizə dəyişdi - RƏY

Bu zəfər regionda bütün reallığı bizim xeyrimizə dəyişdi - RƏY
DAVAMIN OXU davamın oxu

Azərbaycan var olduqca şəhid və qazilərimizə borclu olacağıq

Azərbaycan var olduqca şəhid və qazilərimizə borclu olacağıq
DAVAMIN OXU davamın oxu

Üçtərəfli görüşün nəticələri nə vəd edir? - RƏY

Üçtərəfli görüşün nəticələri nə vəd edir? - RƏY
DAVAMIN OXU davamın oxu