Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələlərdə yaralanan 11 691 nəfər İstanbula gətirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" "TRT Haber"ə istinadən xəbər verir ki, həmin şəxslərdən 1213-ün müalicəsi şəhərin müxtəlif xəstəxanalarında davam etdirilir. 10 min 478 nəfər isə sağalaraq evə buraxılıb.