Əsas məzmuna keç

Zəlzələ bölgəsində dünyaya gələn uşağa azərbaycanlı həkimin adı verildi

Zəlzələ bölgəsində dünyaya gələn uşağa azərbaycanlı həkimin adı verildi

zəlzələdən sonra dünyaya gələn uşaqlardan birinə azərbaycanlı həkim Elvin İsazadənin adı verilib: "4 günlük yuxusuzluq, yorğunluq və stressdən sonra bu...

Türkiyədə zəlzələ bölgəsində insanlara tibbi yardım göstərənlər arasında azərbaycanlı həkimlər də var.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, zəlzələdən sonra dünyaya gələn uşaqlardan birinə azərbaycanlı Elvin İsazadənin adı verilib:

"4 günlük yuxusuzluq, yorğunluq və stressdən sonra bu duyğunu izah edə bilmirəm. Zəlzələ bölgəsində dünyaya gələn balaya anası, atası mənim adımı verdi. Allah körpə balamıza gözəl həyat nəsib eləsin. Amin!", - deyə həkim yazıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #uşağa#həkim
Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…