“Zelenskinin münaqişənin həlli planı hazırlaması barədə məlumat təkzib olunub”.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə strana.ua nəşri məlumat yayıb.
Ukrayna Prezidentinin müşaviri Dmitri Litvin bildirib ki, Ukrayna lideri Volodimir Zelenski Rusiya ilə üç illik münaqişənin həlli planının hazırlanması ilə bağlı heç bir göstəriş verməyib.
Onun sözlərinə görə, dövlət başçısı bu məsələni müşavirlərlə müzakirə etməyib və danışıqlarla bağlı heç bir mənfi fikir səsləndirməyib.
Qeyd edək ki, “The Wall Street Journal” qəzetinin jurnalisti Boian Pancevski Zelenskinin guya Rusiya ilə danışıqların uğuruna inanmadığı üçün belə planın hazırlanmasına göstəriş verdiyini iddia edib.