Ukrayna Prezidenti Volodimir Zelenski 17-18 fevral tarixlərində Cenevrədə keçirilən ABŞ-Ukrayna-Rusiya danışıqlarının üçüncü raundunu yüksək qiymətləndirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
O, növbəti görüşün İsveçrədə də keçirilə biləcəyini bildirib.
"Düşünürəm ki, İsveçrədə üçtərəfli görüş keçirməyimiz yaxşıdır. Biz Yaxın Şərqdəki və digər yerlərdəki tərəfdaşlarımıza hörmətlə yanaşırıq və dəyər veririk. Amma mənim fikrimcə, müharibə Avropada baş verirsə, onda biz Avropada yer tapmalıyıq. Vurğulamaq istəyirəm ki, növbəti görüş elə İsveçrədə keçiriləcək. Bu gün məndə olan məlumat budur. Əlbəttə ki, qrupumuz qayıdacaq və məndə daha ətraflı məlumat olacaq", - deyə Ukrayna lideri əlavə edib.