Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiyanın Kiyevə hücumundan sonra Zelenski səfərini yarımçıq saxladı

2 dəq
Paylaş:
Rusiyanın Kiyevə hücumundan sonra Zelenski səfərini yarımçıq saxladı

Rusiya Kiyevə növbəti kütləvi hava hücumu həyata keçirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Rusiya ordusunun gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə endirdiyi dron və raket zərbələri nəticəsində azı 10 nəfər həlak olub, 56 nəfər yaralanıb.

Məlumata görə, hücum nəticəsində şəhərin müxtəlif rayonlarında binalarına ciddi ziyan dəyib, bulvarında otellərdən birində yanğın baş verib. Kiyev Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko paytaxtda təxminən 36 nöqtənin zərər gördüyünü bildirib. Şəhər meri Vitali Kliçko isə bir yaşayış binasının ilk altı mərtəbəsinin tamamilə dağıldığını açıqlayıb.

Bildirilir ki, xilasedicilər dağıntılar altında qalan şəxslərin axtarışını davam etdirirlər. Hadisə zamanı təcili tibbi yardım əməkdaşları və sürücülər arasında da xəsarət alanlar olub.

Məlumata görə, Ukrayna Prezidenti hücum təhlükəsi səbəbindən İrlandiyanın paytaxtı Dublinə səfərini saxlayaraq ölkəsinə qayıdıb. Polşa isə ehtiyat tədbiri olaraq qısa müddətə qırıcı təyyarələrini havaya qaldırıb.

Xatırladaq ki, Volodimir Zelenski müharibənin dayandırılması üçün Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar aparmağı təklif etsə də, Kreml bu təşəbbüsü qəbul etməyib. Son günlər hər iki tərəf qarşılıqlı pilotsuz uçuş aparatları ilə hücumları intensivləşdirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax