Ukrayna Prezidenti Volidimir Zelenski ölkədə hərbi vəziyyət və hərbi səfərbərliyin 4 maydan başlayaraq daha 90 gün müddətinə uzadılması barədə qanun layihələrini Ali Radaya təqdim edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, müvafiq sənədlər Ukrayna parlamentinin saytında yerləşdirilib.
Sənədlər baxılması üçün müvafiq komitəyə təqdim edilib, bundan sonra deputatların ümumi səsverməsinə çıxarılmalıdır.
Qeyd olunub ki, Ukraynada hərbi vəziyyət və ümumi hərbi səfərbərlik 24 fevral 2022-ci ildə elan edilib. Bu isə hərbi vəziyyətin 19-cu uzadılması olacaq.
Hərbi vəziyyət və hərbi səfərbərliyin davam edən uzadılması səbəbindən Ukraynada heç bir parlament, prezident və ya yerli seçkilər keçirilməyəcək.
Xatırladaq ki, Zelenskinin prezidentlik müddəti rəsmi olaraq 20 may 2024-cü ildə başa çatıb.