Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-nin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşneri növbəti dəfə Kiyevə səfər etməyə dəvət edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Zelenski bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“Onlar Kiyevin necə yaşadığını gördülər, uçmağın mümkün olduğunu gördülər. Düşünürəm ki, növbəti dəfə uçmağa cəhd edə bilərik”, – Ukrayna lideri deyib.
Zelenski həmçinin Rusiya ilə Ukrayna arasında tarazlığın qorunması üçün ABŞ nümayəndələrinin Kiyevə daha tez-tez səfər edəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşnerin Ukraynaya münaqişənin nizamlanması ilə bağlı yeni şərtlər təklif etdiyi bildirilmişdi.
Ali Radanın deputatı Anna Skoroxodun sözlərinə görə, yeni şərtlərdən biri Rusiyanın nəzarətində olan ərazilərin konstitusion qaydada tanınması olub.