Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın dövlət başçısı İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. "Operativ Məlumat Mərkəzi-OMM" təbrik məktubunun mətnini təqdim edir:
Məktubda Azərbaycanın regional və beynəlxalq proseslərdəki rolunun artdığı, habelə energetika, logistika və iqtisadiyyat sahələrində dinamik inkişaf nümayiş etdirdiyi qeyd olunur. Volodimir Zelenski Ukraynanın Azərbaycanla münasibətlərin strateji xarakterinə böyük önəm verdiyini bildirib.
Ukrayna Prezidenti Azərbaycanın göstərdiyi dəstəyi xüsusi vurğulayaraq aşağıdakıları qeyd edib:
- İrpen şəhərinin bərpasında iştirak;
- Ukraynaya göstərilən humanitar və enerji yardımı;
- Ukraynalı uşaqların reabilitasiyası və sağlamlaşdırılması proqramları.
Məktubda həmçinin Ukraynanın dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə olan dəyişməz dəstəyi ifadə olunub. Zelenski Qara dəniz-Xəzər regionunda sabitliyin və təhlükəsizliyin məhz bu prinsiplərə sadiqlik üzərində qurulduğunu bildirib.
Sonda Ukrayna Prezidenti energetika, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edərək, İlham Əliyevə möhkəm cansağlığı və ali dövləti fəaliyyətində uğurlar arzulayıb.