Operativ Məlumat Mərkəzi

Zelenski NATO sammitində Makronla görüşüb

1 dəq
Paylaş:
Zelenski NATO sammitində Makronla görüşüb
bu barədə Ukrayna prezidenti öz Teleqram kanalında məlumat yayıb. “NATO sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makronla birlikdə sülh sammitində...

Ukrayna lideri Vladimir Zelenski və Fransa prezidenti Emmanuel Makron Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində görüşüblər. Tərəflər Ukrayna münaqişəsinin həlli və Parisdən Ukrayna Silahlı Qüvvələrinə növbəti müdafiə yardımı paketinin hazırlanmasını müzakirə ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna prezidenti öz Teleqram kanalında məlumat yayıb.

“NATO sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makronla birlikdə sülh sammitində qəbul edilmiş qərarların icrasını və növbəti müdafiə paketinin hazırlanmasını müzakirə etdik”, - o vurğulayıb.

Zelenski bir daha Fransaya Ukraynaya dəstəyə görə təşəkkür edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər