Operativ Məlumat Mərkəzi

“Zelenski ilə görüşməsinin vaxtı hələ çatmayıb” - Levenye Magyar

1 dəq
Paylaş:
“Zelenski ilə görüşməsinin vaxtı hələ çatmayıb” - Levenye Magyar
bu barədə Macarıstanın Xarici İşlər nazirinin müavini Levente Magyar yerli KİV-ə müsahibəsində bildirib. "Vladimir Zelenski ilə Viktor Orban arasında...

Macarıstanın baş naziri Viktor Orbanın Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşünə hazırlıq hələ də davam edir, lakin bəzi mübahisəli məsələlər həll olunmadığı üçün görüşün keçirilməsi vaxtı hələ çatmayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər nazirinin müavini Levente Magyar yerli KİV-ə müsahibəsində bildirib.

"Vladimir Zelenski ilə Viktor Orban arasında görüşə hazırlaşarkən şərt qoyduq ki, əvvəlcə danışıqlar masasında mübahisələrin necə həll olunacağını müzakirə edək. Biz hələ belə bir nöqtəyə gəlməmişik və ona görə də bu görüş hazırda vaxtsız ola bilər. Lakin biz bunun üzərində işləyirik. Ukraynalılar bizim tələblərimizi yerinə yetirmək üçün bəzi addımlar atıblar”, - deyə xarici işlər nazirinin müavini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər