Əsas məzmuna keç

Zaqatalada avtomobilin dövlət nömrə nişanına müdaxilə edən sürücülər barəsində tədbir görülüb

Zaqatalada avtomobilin dövlət nömrə nişanına müdaxilə edən sürücülər barəsində tədbir görülüb

Zaqatalada avtomobilin dövlət nömrə nişanına müdaxilə edən sürücü barəsində tədbir görülüb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər...

Zaqatalada avtomobilin dövlət nömrə nişanına müdaxilə edən barəsində tədbir görülüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zaqatala Rayon Şöbəsinin Dövlət Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə nəzarət-yoxlama tədbirləri keçirilib.

Hərəkətin intensiv olduğu küçə və prospektlərdə yol polisinin keçirdiyi tədbirlər zamanı avtomobildə konstruksiya dəyişikliyinə yol verən, kobud qayda pozuntuları törədərək digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan, eləcə də məsuliyyətdən yayınmaq üçün vasitəsinin dövlət nömrə nişanına müdaxilə edən sürücülər aşkarlanıb.

Qanunvericiliyin tələbləri barədə onlara ətraflı məlumat verilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati tənbeh tədbirləri görülüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…