Zakir Həsənov göstərişlər verib - VİDEO

Zakir Həsənov göstərişlər verib - VİDEO
21.04.2024 11:20
Aa
dəq

Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Polis İdarəsinin yaranmasının 32-ci ildönümü münasibətilə Gəncə hərbi polis bölməsində keçirilən tədbirdə iştirak edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən bildirilib.

Şəxsi heyətlə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirildiyini qeyd edib. Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu əsas vəzifələrdən danışıb.

Hərbi polis bölmələrinin xüsusilə azad edilmiş ərazilərdəki yaşayış məntəqələri və qoşunların dislokasiya yerlərində xidməti fəaliyyətini müsbət qiymətləndirən nazir şəxsi heyəti təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Komendant və qoşun xidmətinin təşkilində fərqlənən bir qrup hərbi qulluqçu təltif olunub.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi yeni istifadəyə verilən hərbi obyektə baxış keçirib.

Məruzə edilib ki, müasir standartlara uyğun yeni inşa edilmiş hərbi obyektdə xidmətin təşkili və hərbi qulluqçuların asudə vaxtlarının səmərəli keçirilməsi üçün hər cür şərait mövcuddur.

Qarovul evində yaradılan şəraitlə də tanış olduqdan sonra general-polkovnik Z.Həsənov hərbi avtomobillərə baxış keçirib, nəqliyyat vasitələrinin texniki göstəricilərinin yüksək səviyyədə saxlanılması, həmçinin təlimata uyğun istifadə və istismarına xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.

Müdafiə naziri qoşun, qarnizon qarovul, patrul və azad edilmiş ərazilərdə komendant xidmətinin keyfiyyətli təşkilinə dair göstərişlər verib, digər zəruri tədbirlərin davam etdirilməsi ilə əlaqədar vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi hissənin ərazisində ağaclar əkilib.

Həftənin ən çox oxunanları

Bakıda yeni avtomobil yolu tikilir - VİDEO

Bakıda yeni avtomobil yolu tikilir - VİDEO
DAVAMIN OXU davamın oxu

Bakıda Hindistan vətəndaşı saxlanılıb - VİDEO

Bakıda Hindistan vətəndaşı saxlanılıb - VİDEO
DAVAMIN OXU davamın oxu

Orduda tank bölmələri ilə təlim keçirildi

Orduda tank bölmələri ilə təlim keçirildi
DAVAMIN OXU davamın oxu

Vətəndaşlardan “beh” alan dələduz saxlanılıb

Vətəndaşlardan “beh” alan dələduz saxlanılıb
DAVAMIN OXU davamın oxu

XTQ-nin yaradılmasının 25-ci ildönümü qeyd edilib

XTQ-nin yaradılmasının 25-ci ildönümü qeyd edilib
DAVAMIN OXU davamın oxu