Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycanın müdafiə naziri İranın müdafiə naziri ilə görüşüb

2 dəq
Paylaş:
Azərbaycanın müdafiə naziri İranın müdafiə naziri ilə görüşüb

Azərbaycanın , general-polkovnik ölkəmizdə səfərdə olan İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Əziz Nəsirzadənin rəhbərlik etdiyi ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüş zamanı general-polkovnik Zakir Həsənov və İran arasında əlaqələrin çoxəsrlik zəngin tarixə malik olduğunu qeyd edib, qarşılıqlı səfərlər çərçivəsində keçirilən görüşlərin və birgə hərbi təlimlərin ikitərəfli münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Briqada generalı Əziz Nəsirzadə isə ölkələr arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın digər sahələrdə olduğu kimi, hərbi sahədə də inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və elm sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər, həmçinin regional və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax