“Epşteyn işi ilə bağlı “dram” nə ilkdir, nə də sonuncudur”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Sputnik Radiosu”na müsahibəsində bildirib.
Onun sözlərinə görə, yetkinlik yaşına çatmayanların ticarətində ittiham olunan maliyyəçi Ceffri Epşteynə qarşı iş materiallarının dərc olunması ilə bağlı yaranan “dram” nə ilkdir, nə də sonuncu haldır.
Zaxarova qeyd edib ki, eyni zamanda Epşteyn işi ilə bağlı materiallar qlobal auditoriyaya “tamamilə redaktə edilmiş, çərçivəyə salınmış, ləkələnmiş, silinmiş” formada təqdim olunur.