Sərhədin delimitasiyasına etiraz adı ilə meydanlara çıxan Baqrat Qalstanyanın apardığı mübarizə təkcə hakimiyyət davası deyil, kilsənin dövlət üzərində minillik inhisarını qorumağa xidmət edən “xaç yürüşü”dür.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin növbədənkənar sessiyasının iyunun 25-də keçirilən iclasında çıxışı zamanı deyib.
O bildirib ki, artıq erməni rəsmiləri də xalqımızın yüz illərlə dediklərini təsdiqləyir: “İlk növbədə, Ermənistanın baş naziri Nikol Paşinyan “tarixi, mifik yox, real Ermənistan” deyir, “dövlət kilsədən ayrılmalıdır”, söyləyir”.
Deputatın sözlərinə görə, bir kilsə əmin-amanlığa xidmət etmirsə, o Allah evi yox, hərbi-siyasi qərargahdır:
“Kilsə əgər sülh təmin etmirsə o dirildən məbəd deyil, öldürən silahdır. Paşinyanın cəsarətli fikri necə də həqiqətdir: ”Ermənistanda Allaha inanmayan çoxlu din xadimi var”.