"Yuventus" Ueston Makkenni ilə müqaviləni uzatmağa ümid edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Yuventus" Makkenni ilə danışıqları davam etdirir.
Gələcək həftələrdə yeni müqavilənin şərtlərini müzakirə etmək üçün yeni görüş keçiriləcək.
Ueston Makkenninin Turin klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır.
Amerikalı yarımmüdafiəçi cari A Seriyasında 17 matçda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.