Yunanıstandakı müxalifət partiyaları hökumətdə ispaniya, İrlandiya və Norveç kimi Fələstin dövlətini tanımaq qərarı verməsini tələb ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Yunanıstanda əsas müxalif Radikal Sol Alyansın yaydığı bəyanatda Fələstinin iki dövlətli həll yolunun dəstəkləndiyi və hökumətin bu mövzuda təşəbbüs göstərməyə çağırıldığı bildirilib.
Açıqlamada Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olacağı və xalqın sülh içində yaşaya biləcəyi, Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarları və 1967-ci il sərhədləri əsasında iki dövlətli həll yolunu dəstəklədikləri qeyd edilib.