Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA AÇIQLANDI

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA AÇIQLANDI
10.09.2023 12:07
Aa
dəq

Milli Hidrometeorologiya Xidmətinin senytabrın 10-u saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bəzi yerlərdə yağıntılar intensiv olub.

Xidmətdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Böyük Qafqazın yüksək dağlıq ərazilərində qar yağması müşahidə olunub.

Düşən yağıntının miqdarı: Qaxda 17 mm, Qubada 15 mm, Qusarda 14 mm, Kürdəmir, Oğuzda 10 mm, Qobustan, Gədəbəydə 9 mm, Daşkəsən, Ağdam, Şamaxı, Göygöl, Tərtər, Zərdab, Qəbələ, Göyçay, Şabran, Astara, Naftalan, Zaqatala, Şəmkir, Ordubad, Yevlax, Bərdə, Beyləqan, Şahbuz, Naxçıvan, Sədərək, Balakən, Mingəçevir, İmişli, Salyan, Sabirabad, Biçənək, Gəncə, İsmayıllı, Altıağac, Xaltan, Şahdağ, Cəfərxan, Biləsuvar, Yardımlı, Lənkəranda 8 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 3 mm-dək olub.

Külək: Qərb küləyi arabir Zaqatalada (Əlibəydə) 34-40 m/s, Naftalanda 24 m/s, Göyçay, Ağdamda 22 m/s, Mingəçevirdə 21 m/s, Şəki, Şahdağda 20 m/s, Bərdə, Naxçıvan, Goranboy, Tərtərdə 18 m/s, Bakıda və Abşeron yarımadasında 25-28 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Həftənin ən çox oxunanları

Sentyabrda temperatur normadan yüksək olub

Sentyabrda temperatur normadan yüksək olub
DAVAMIN OXU davamın oxu

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
DAVAMIN OXU davamın oxu

Sentyabrın 24-ü gündüzdən 27-dək... - ƏHALİYƏ XƏBƏRDARLIQ!

Sentyabrın 24-ü gündüzdən 27-dək... - ƏHALİYƏ XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA

Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
DAVAMIN OXU davamın oxu