Elm adamları xalq arasında "qocalıq xəstəliyi" kimi tanınan Parkinson xəstəliyinin erkən diaqnozunu qoymağa imkan verəcək yeni texnika hazırlayıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ alimləri Parkinson xəstələrinin beynində toplanan alfa-sinuklein zülalını kopyalayan və analiz edən “αSyn-SAA” adlı yeni texnika hazırlayıblar.
Tədqiqatda Parkinson xəstələri, xəstəlik riski olanlar və nəzarət qrupu da daxil olmaqla 1100-dən çox insan iştirak edib.
Serebrospinal maye nümunələri "αSyn-SAA" texnikası ilə götürülən xəstələrin 88 faizində müsbət nəticə əldə edilib.
Araşdırmada iştirak etməyən, lakin mövzu ilə bağlı qiymətləndirmələr aparan Almaniyanın Şlezviq-Holşteyn Universiteti Xəstəxanasından nevroloqlar Daniela Berq və Kristin Klein, yeni texnikanın Parkinson xəstəliyinin diaqnozu, tədqiqi və müalicəsində "təməl atma" ola biləcəyini söylədilər.
Alzheimerdən sonra dünyada ən çox yayılmış neyrodegenerativ xəstəliklərdən biri olan Parkinson xəstəliyi 10 milyona yaxın insanın həyatına təsir edir.
Hələ ki, müalicəsi olmayan xəstəliyin diaqnozu üçün heç bir test yoxdur.