Yeni regional mədəniyyət idarələri yaradıldı - SİYAHI

Yeni regional mədəniyyət idarələri yaradıldı - SİYAHI
23.02.2023 16:03
Aa
dəq

Azərbaycanda yeni regional mədəniyyət idarələri yaradılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” sərəncamına dəyişiklik edib.

Sərəncamla Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri (Sumqayıt Regional Mədəniyyət İdarəsi, Xaçmaz Regional Mədəniyyət İdarəsi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Şəki Regional Mədəniyyət İdarəsi, Kürdəmir Regional Mədəniyyət İdarəsi, Ağstafa Regional Mədəniyyət İdarəsi, Şəmkir Regional Mədəniyyət İdarəsi, Gəncə Regional Mədəniyyət İdarəsi, Bərdə Regional Mədəniyyət İdarəsi, Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağdaş Regional Mədəniyyət İdarəsi, Sabirabad Regional Mədəniyyət İdarəsi, Biləsuvar Regional Mədəniyyət İdarəsi, Masallı Regional Mədəniyyət İdarəsi və Lənkəran Regional Mədəniyyət İdarəsi) əsasında Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq, aşağıdakı regional mədəniyyət idarələri yaradılır:

1.1. Abşeron–Xızı Regional Mədəniyyət İdarəsi;

1.2. Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi;

1.3. Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi;

1.4. Qarabağ Regional Mədəniyyət İdarəsi;

1.5. Qazax–Tovuz Regional Mədəniyyət İdarəsi;

1.6. Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsi;

1.7. Lənkəran–Astara Regional Mədəniyyət İdarəsi;

1.8. Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi;

1.9. Mil–Muğan Regional Mədəniyyət İdarəsi;

1.10. Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsi;

1.11. Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi;

1.12. Şirvan–Salyan Regional Mədəniyyət İdarəsi.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Həftənin ən çox oxunanları

Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib

Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib

Mehriban Əliyeva bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılışlarında iştirak edib

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılışlarında iştirak edib
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev Şuşada Bayraq Meydanının açılışında iştirak edib

Prezident İlham Əliyev Şuşada Bayraq Meydanının açılışında iştirak edib
DAVAMIN OXU davamın oxu