“Yeni patron axtarışında olan ermənilər”-ŞƏRH

“Yeni patron axtarışında olan ermənilər”-ŞƏRH
17.11.2023 17:40
Aa
dəq

Ermənistan ətrafında gedən son hadisələrlə bağlı məsələləri analiz edəndə bir daha əmin oluruq ki, Ermənistanda hazırda baş verən durum və bu ölkənin atdığı addımlar Cənubi Qafqaz regionunda olan güc balansını alt-üst etmək, regiona xaos gətirmək və regiona özgə elementləri dəvət etmək kimi təhlükəli tendensiyanın başlanğıcını qoyur.

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında millət vəkili Tural Gəncəliyev bildirib.

"Bu baxımdan Ermənistanın Fransadan hərbi texnika alması, bundan əvvəl Hindistan tərəfindən müəyyən silahların Ermənistana göndərilməsi məsələsi gündəmə gəlmişdir. Ümumiyyətlə Fransanın, Avropa İttifaqının Ermənistana açıq dəstək verməsindən sonra ABŞ tərəfindən İrəvana dəstək verilməsiylə bağlı konkret məsələnin ortaya qoyulması və "Azadlığa Dəstək" aktına 907-ci düzəlişin artıq qarşısının alınmayacağı, beləliklə də Azərbaycana hərbi yardım edilməyəcəyi və bununla bağlı müvafiq Ermənistana açıq dəstək veriləcəyi ilə bağlı səsləndirilən fikirlər bir daha onu göstərir ki, Fransa, Avropa İttifaqındakı güclər və bununla yanaşı ABŞ regionda yaranmış yeni geosiyasi reallığın onlar üçün qəbuledilməz olduğunu büruzə verdilər. 

Beləliklə də, Ermənistana həm açıq siyasi dəstək, həm də hərbi dəstək verilməsi rolu ilə Fransa vasitəsilə regionda yaranmış reallığı qəbul etməməklə bu reallığı pozmaq istiqamətində hərəkətlənməyə başladılar. Ancaq burada qeyd etmək lazımdır ki, Ermənistanın maşa kimi istifadə edilməsi, Ermənistan üçün çox böyük təhlükə yaradacaq. Çünki, Ermənistan artıq beynəlxalq hüququn subyekti kimi çıxış etmir, o əvvəl yaxın müttəfiqləri olan Rusiya və İran, xüsusilə də Rusiya ilə münasibətlərinə yenidən baxılması istiqamətində addımlarından biz bunu görürük.

Ermənistanın bu hərəkətləri bizə bir daha onun öz patronlarını asanlıqla dəyişəcəyi və xəyanət edəcəyi kimi yaxın tarixi keçmişi faktları yadımıza salır. Xatırladaq ki, Birinci Dünya Müharibəsi zamanı hələ Ermənistan tarixi xəritə üzərində olmayan bir dövrdə, Osmanlı İmperiyasının vətəndaşları olan ermənilər necə Osmanlı dövlətini sataraq, əvvəl Çar Rusiyasına daha sonra bolşeviklərə xidmət etdilər. Hətta müəyyən dövrlərdə Birinci Dünya Müharibəsindən sonra  ingilis qoşunları Qafqaza gələrkən ingilislərlə də müəyyən əlaqələr qurmağa çalışaraq öz bolşeviklərlə münasibətlərində də, səmimi olmadıqlarını, patron axtarışında çox tez-tez fikirlərini dəyişdirdiklərini bütün dünyaya göstərdilər.

Son tarixdə də Ermənistanın müttəfiqləri olan Rusiya ilə münasibətlərə yenidən baxaraq Qərbin ağuşuna getmələri Fransanın, Avropa İttifaqının, Amerikanın bu baxımdan atdığı addımlar bir daha sübut edir ki, Ermənistan regionda çox təhlükəli oyun oynayır. Hansısa bir neqativ istiqamətdə hadisələr inkişaf edərsə, Ermənistanın minlərlə kilometr kənarda yerləşən havadarları Ermənistana revanşist hisslər sövq edərək, onun regionda dağıdıcı bir qüvvə olmasından sonra Ermənistan nə qədər dəstək verəcəkləri sualını Ermənistan rəhbərliyi oturub düşünməlidir.

Hazırda Ermənistanın beynəlxalq hüquq baxımından formal müstəqilliyi qalsa da, artıq üçüncü ölkələr tərəfindən manipulyasiya edilən, heç bir müstəqil xarici və daxili siyasəti olmayan bir ölkəyə çevrilmişdir ki, bu ölkənin də regionda apardığı xaotik hərəkətlər onun müstəqil bir subyekt kimi gələcək xəritədə mövcudluğunu qeyri-müəyyən edir. Bu baxımdan Ermənistanın ən yaxşı çıxış yolu ondan ibarətdir ki, Azərbaycanın təklif etdiyi sülh sazişlərində olduğu kimi, qarşılıqlı ərazi bütövlüyünün tanınması, delimitasiya məsələləri və Azərbaycanın təklif etdiyi digər beynəlxalq hüquq prinsiplərinə uyğun sülh müqaviləsini imzalasın və regionun yeni bir eskolasiyaya, təhlükəli tendensiyalara sürükləməsin.

O ki qaldı, ABŞ-nin "Azadlığa Dəstək" aktına 907-ci düzəlişlə bağlı gedişinə ümumiyyətlə ABŞ Azərbaycan arasındakı münasibətlər hərbi əməkdaşlıq məsələlərində Azərbaycan heç vaxt ABŞ-dan və yaxud da Avropadan asılı olmayıb. Azərbaycanın öz hərbi sənaye sahəsi çox yüksək səviyyədə inkişaf edir. Bizim müttəfiq ölkələrimizdən biri olan Türkiyə ilə əməkdaşlığımız nəyə desən dəyər. ABŞ ilə bizim münasibətlərə yenidən baxılması daha çox ABŞ-ın özü üçün neqativ nəticələr yaradacaq. Çünki birincisi, Azərbaycanda regionda elə bir açar ölkədir ki, ABŞ və yaxud da Avropa İttifaqı kimi ölkələr Azərbaycandan istər təhlükəsizlik məsələləri terrorla mübarizə, istər enerji təhlükəsizliyi məsələlərində onlar daha çox maraqlıdırlar. 

Yada salmaq lazımdır ki, 2021-ci il ABŞ "Azadlığa Dəstək" aktının qüvvəsi nəyə görə dayandırmışdı? Məhz Əfqanıstanda apardığı əməliyyatlarla bağlı Azərbaycanın hava məkanına və şimal paylayıcı şəbəkənin Azərbaycan üzərindən aparılmasına ehtiyac var idi. ABŞ bu məsələdə "Azadlığa Dəstək" aktının qüvvəsini dayandırmışdı ki, Azərbaycanla bu sahədə əməkdaşlıq etsin. Ancaq indi ABŞ yenidən bu məsələyə baxırsa, yenə də tarix təkrarlanacaq. Çünki Azərbaycanın dəstəyi olmadan regionda heç bir layihə, heç bir siyasi-strateji addım iqtisadi məsələlər həll edilmir. ABŞ və Avropa İttifaqı hələ bu sahədə peşman olacaqlar ki, Azərbaycana qarşı belə bir demarş etmələri daha çox neqativ nəticələrə səbəb olacaq.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu