Operativ Məlumat Mərkəzi

Yeni il bayramı günlərində Bakı-Qəbələ qatarı hər gün işləyəcək

1 dəq
Paylaş:
Yeni il bayramı günlərində Bakı-Qəbələ qatarı hər gün işləyəcək
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 30 dekabr - 5 yanvar bayram günlərində 1 yanvar istisna olmaqla hər gün Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar...

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 30 dekabr - 5 yanvar bayram günlərində 1 yanvar istisna olmaqla hər gün Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reysləri təşkil edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, bu, bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə həyata keçirilir.

“Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), “ADY Mobile” mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”,- deyə məlumatda qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər