Operativ Məlumat Mərkəzi

Yaxın günlərdə Azərbaycan-İraq Birgə Komissiyasının iclası keçiriləcək

1 dəq
Paylaş:
Yaxın günlərdə Azərbaycan-İraq Birgə Komissiyasının iclası keçiriləcək

Yaxın günlərdə Azərbaycan və İraq arasında iqtisadi-ticari, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 20-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək görüşü zamanı məlumat verilib.

Prezident İlham Əliyev İqtisadi-ticari, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın yaxın vaxtlarda İraqda iclasının keçiriləcəyini və onun iqtisadi-ticari əlaqələrin daha da genişlənəcəyində mühüm rol oynayacağını deyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər