Yaşar Əliyev səfir təyin olundu

Yaşar Əliyev səfir təyin olundu
20.12.2024 16:28
Aa
dəq

Yaşar Teymur oğlu Əliyev Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı digər sənədə əsasən, Y.Əliyev Azərbaycanın Çexiya Respublikasında səfiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, tanınmış yazar Teymur Elçinin oğlu olan Yaşar Əliyev 2002-ci ildən bu vəzifəni icra edirdi.

Həftənin ən çox oxunanları