Yaponiyanın "SLIM" aya eniş aparatı Ay orbitinə uğurla buraxılıb və indi Yerin təbii peykinə gələcək eniş üçün hazırlaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) məlumat yayıb.
"Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyi (JAXA) böyük məmnuniyyətlə Ayın kəşfiyyatı üçün eniş modulunun (SLIM) Yaponiya vaxtı ilə saat 16:51-də (Bakı vaxtı ilə 11:51-də) Ayın orbitinə uğurla buraxıldığını elan edir", - diqqətə çatdırılıb.
Yerin peykinin səthinə eniş gələn il yanvarın ortalarına planlaşdırılır.