Əsas məzmuna keç

Yaponiyada zəlzələdən zərər çəkənlər köməyə səsləniblər

Yaponiyada zəlzələdən zərər çəkənlər köməyə səsləniblər

Yaponiyanın qərbindəki İşikava prefekturasında çoxsaylı güclü zəlzələlərdən zərər ərazilərin sakinləri açıq ərazilərdə qırıntılardan istifadə edərək SOS lövhələrini asaraq kömək istəyiblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "NHK" telekanalı məlumat yayıb.

Helikopter görüntülərində insanların Kanazava Universitetinin Suzu kampusunun dayanacağında borulardan, stullardan və digər əşyalardan nəhəng SOS işarəsi hazırlayıblar.

Yanvarın 1-də Yaponiyanın qərbində silsilə güclü zəlzələlər baş verib. İki saat ərzində İşikava və Niiqata prefekturalarında ümumilikdə 30-a yaxın yeraltı təkan qeydə alınıb, ən güclüsü 7,6 bal gücündə olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…