Yaponiya ilk qumar kurortunun açılması ilə bağlı mübahisəli planı təsdiqləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bununla ölkəyə turist axınının artacağı gözlənilir.
Kompleksin 2029-cu ildə Yaponiyanın Qərbi Osaka şəhərində istifadəyə veriləcəyi gözlənilir.
Kazinodan əlavə 49 hektar ərazisi olan kompleksdə otelin inşa olunacağı planlaşdırılıb.
Xatırladaq ki, 2018-ci ildə poker və baccart kimi oyunlara istisnalar nəzərdə tutan qanun qəbul olunub.