Şimali Koreyanın fevralın 18-də qitələrarası ballistik raket sınağı keçirməsinə cavab olaraq bu gün Yaponiya və ABŞ Hərbi Hava Qüvvələri döyüş təyyarələrinin iştirakı ilə birgə təlim keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimdə Yaponiyanın 3 ədəd “F-15” qırıcı təyyarəsi, ABŞ-ın 4 ədəd “F-16” qırıcı təyyarəsi və 2 ədəd strateji “B-1B” bombardmançı təyyarəsi iştirak edib.
Məqsəd hərbçilər arasında kommunikasiyanın artırılması ilə Yaponiya-ABŞ alyansını gücləndirmək olub.