Əsas məzmuna keç

Yaponiya sahillərində 5,2 maqnitudada zəlzələ olub

Yaponiya sahillərində 5,2 maqnitudada zəlzələ olub

Yaponiyanın Küsü adasının cənub-qərbində, Miyazaki prefekturasının cənubunda 5,2 maqnitudada zəlzələ baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi xəbər yayıb.

Mütəxəssislər fövqəladə hallar barədə xəbərdarlıq vasitəsilə zəlzələdən sonra güclü ehtimalı barədə xəbərdarlıq ediblər.

Təbii hadisənin episentri Miyazaki sahillərində olub. Zəlzələ 40 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…