Yaponiyanın Baş naziri Sanae Takaiçi axın Şərqdə Yaponiya gəmilərinin və ekipajlarının təhlükəsizliyini təmin etmək üçün mümkün addımların müzakirə edildiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Kyodo News” məlumat yayıb.
Məlumata görə, Takaiçi parlamentdə çıxışı zamanı bildirib ki, Yaponiya hökuməti qanuni məhdudiyyətlər çərçivəsində Yaxın Şərqdə Yaponiya gəmilərinin təhlükəsizliyini təmin etmək üçün hansı addımların atıla biləcəyini nəzərdən keçirir.
Takaiçi həmçinin bildirib ki, bu həftənin sonlarında Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşdə Yaponiyanın Yaxın Şərqdəki vəziyyətlə bağlı mövqeyini ABŞ prezidentinə çatdıracaq.