Yaponiyanın şimal-qərbində yerləşən Kaşivazaki-Kariva Atom Elektrik Stansiyasının istismarına qoyulan qadağa aradan qaldırılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tokyo Electric Power (TEPCO) tərəfindən verilən açıqlamada bildirilib.
Belə ki, istismardan çıxarılan Kaşivazaki-Kariva Atom Elektrik Stansiyası ilə bağlı yeni qərar qəbul edilib.
2 ildən artıqdır aparılan “təhlükəsizlik” yoxlaması başa çatıb və Nüvə Tənzimləmə Təşkilatı (NRA) yekdilliklə əməliyyat qadağasını ləğv edib.