Yaponiya hökuməti İsrailin hücumlarını davam etdirdiyi Qəzza zolağında dinc əhali arasında itkilərin artmasından xəbərdar olduqlarını, lakin İsrail ordusunun hərəkətlərini qiymətləndirməkdən çəkindiklərini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Yaponiya xarici işlər naziri Kamikava Yoko paytaxt Tokioda keçirilən mətbuat konfransında Qəzzada humanitar vəziyyətin dərhal yaxşılaşdırılmasının və humanitar yardım fəaliyyətlərinə şərait yaradacaq mühitin yaradılmasının son dərəcə vacib olduğunu bir daha vurğulayıb.
"Ümid edirik ki, humanitar atəşkəs tezliklə həyata keçəcək və davamlı atəşkəs əldə ediləcək. Bu inancla bütün tərəfləri, o cümlədən bizləri humanitar əsasda təcili tədbirlər görməyə çağırırıq",- deyə o qeyd edib.
Yaponiya İsrail ordusunun hərəkətlərini qiymətləndirməkdən çəkinir
1 dəq